Maşınla vurulan piyada xəstəxanada öldü

Maşınla vurulan piyada xəstəxanada öldü
  16 Aprel 2020    Oxunub:3387
Aprelin 14-də Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədov vurulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb. A.Məmmədov xəstəxanada ölüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti