Qələbənin 75 illiyinə həsr olunmuş kitab

Qələbənin 75 illiyinə həsr olunmuş kitab
  16 Aprel 2020    Oxunub:2735
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az kitabı” seriyasından növbəti nəşri faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilib.
AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə çapa hazırlanan “Böyük Qələbə - 75” elmi məqalələr toplusunda tanınmış Azərbaycan tarixçilərinin və gənc tədqiqatçıların əsərləri yer alacaq. Böyük Vətən müharibəsində Azərbaycanın iştirakı və xalqımızın faşizm üzərində qazanılmış qələbəyə verdiyi töhfələr tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlının, tarix üzrə fəlsəfə doktorları Mayıl Alıcanovun, İlqar Niftəliyevin, Rövşən Hətəmovun, Nigar Axundovanın, Günay Hüseynin, gənc tədqiqatçılardan Şəfa Mövsümovun, Ruslan Ağamalıyevin, Sahibə Musayevanın və başqalarının məqalələrində araşdırılır.

Qeyd edək ki, 15 il bundan öncə, 2005-ci ildə də məhz AVCİYA-nın təşəbbüsü ilə Böyük Vətən müharibəsində qələbənin 60 illiyi ilə bağlı “Bakı-qəhrəman şəhərdir” adlı geniş kampaniya keçirilib. Kampaniya çərçivəsində keçmiş sovet respublikalarının II Dünya müharibəsi veteranları komitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan paytaxtında beynəlxalq forum təşkil olunub. Beynəlxalq forumda yüzdən çox Sovet İttifaqı Qəhrəmanı iştirak edib. Tədbirin qonaqları sırasında əfsanəvi dövlət xadimi, SSRİ-nin neft və qaz sənayesinin banilərindən olan həmyerlimiz Nikolay Baybakov da vardı. Beynəlxalq forumun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdi.


Teqlər:





Xəbər lenti