Biləsuvarda 30 kq-a yaxın narkotik aşkarlandı

 Biləsuvarda 30 kq-a yaxın narkotik aşkarlandı
  16 Aprel 2020    Oxunub:3782
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixatrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “Vaz 2106” markalı avtomobillə saxlanılıb.

Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana , 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti