İran vətəndaşı Yevlaxda narkotiklə tutulub

İran vətəndaşı Yevlaxda narkotiklə tutulub
  16 Aprel 2020    Oxunub:2597
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən İran İslam Respublikası vətəndaşı Həsən Bozorgi saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış zaman cibindən 1 ədəd sellofan torbaya bükülmüş çəkisi 7.12 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Araşdırmalarla onun sərhədi qanunsuz olaraq keçdiyi də müəyyən edilib. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Yevlax   Cinayət   Narkotik  





Xəbər lenti