Karantin rejimini pozan daha bir sürücü həbs edilib

Karantin rejimini pozan daha bir sürücü həbs edilib
  15 Aprel 2020    Oxunub:2355
Bakıda karantin rejimini pozan "KamAz" maraklı yük avtomobilin sürücüsü həbs edilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aprelin 13-də Qaradağ rayonu ərazisində Qobustan rayon sakini Q.Bayramov idarə etdiyi “KamAZ” markalı avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə (yolun əks istiqamətində hərəkət etdiyinə görə) həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən verilmiş “saxla” əmrinə tabe olmayıb hərəkətini davam etdirib. Lakin o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qaradağ rayon məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması), 327 (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması), 511 (avtoxuliqanlıq) və 34-cü (bir neçə inzibati xəta törədildikdə, inzibati tənbeh tətbiq etmə) maddələri ilə sürücü Q.Bayramov nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati həbs edilib.

Azvision.az


Teqlər: Kamaz   Sürücü  





Xəbər lenti