Miqrasiya könüllüləri xeyriyyə aksiyası keçirdi - FOTOLAR

 Miqrasiya könüllüləri xeyriyyə aksiyası keçirdi -  FOTOLAR
  15 Aprel 2020    Oxunub:2329
Elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq “Miqrasiya Könüllüsü” İctimai Birliyi tərəfindən Azərbaycanda sığınacaq almış, qaçqın statusu ilə yaşayan aztəminatlı əcnəbi ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə dəstək məqsədilə xeyriyyə aksiyası təşkil olunub.
Bu barədə Azvision.az -a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, aksiya çərçivəsində Miqrasiya könüllülərinin iştirakı ilə bu qəbildən olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, onların digər ehtiyaclarının təmin olunması həyata keçirilib.








Azvision.az


Teqlər: Miqrasiya   Aksiya  





Xəbər lenti