Koronavirusun yeni yayılma üsulu aşkarlandı

 Koronavirusun yeni yayılma üsulu aşkarlandı
  15 Aprel 2020    Oxunub:5869
Koronavirusun (COVİD-19) yeni yayılma üsulu aşkarlanıb.

Azvision.az xəbər verir ki, çinli alimlərin araşdırmasına görə, virus ayaqqabı altlıqlarında uzun müddət yaşaya bilir. Alimlər bildirir ki, bu yolla virus tibb işçiləri vasitəsilə xəstəxana və digər ərazilərə yayılır.
Araşdırma zamanı müəyyən olunub ki, tibb işçilərinin ayaqqabılarından götürülən nümunələrin yarısında virus aşkarlanıb. Ona görə tibb işçilərinin tez-tez ayaqqabılarını dezinfeksiya etməsi tövsiyə olunur.

Bundan başqa, alimlərin araşdırması zamanı aşkar olunub ki, virus səthlərdə, kompüter siçanlarında, zibil yeşiklərində və xəstə çarpayılarında da qalır. Həmçinin təhlükəli virus plastik və dəmir səthlərdə üç günə qədər yaşaya bilir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   COVİD-19  





Xəbər lenti