Azərbaycanlı polkovnik Paşinyanın yalanını ifşa etdi

  15 Aprel 2020    Oxunub : 2067
Azərbaycanlı polkovnik Paşinyanın yalanını ifşa etdi
“Rusiya istehsalı olan Su-35 və MiQ-35 döyüş təyyarələrinin alınmasında Azərbaycan tərəfinin maraqlı olduğu barədə yayılan rəsmi məlumat Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün “soyuq duş” effekti yaratdı”.
Azvision.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant İsa İsmayılov deyib.

Onun sözlərinə görə, Paşinyan hökumətinin qəpik-quruşu hesabına dolanan erməni mətbuatı Ermənistanın “yeni silahlar” hazırlaması, hətta “tam erməni super silahının” istehsalına başlanması barədə məlumatlar yaymağa başlayıb.

“Gündə bir şey ilə xalqının başını qatmaq üçün yollar arayan Paşinyan bu dəfə Ermənistanı hərbi aviasiya sahəsində Azərbaycandan “xeyli irəlidə” olması barədə növbəti əfsanə uydurdu. Özünün feysbuk səhifəsində video paylaşaraq, “Ermənistan hərbi aviasiyası tarixdə ilk dəfə səs sürətini aşaraq uçmağa nail oldu” şərhini yazan Paşinyan hakimiyyətə gələnədək etdiyi populist çıxışları bu gün davam etdirir.

Əslindən burada yeni heç nə yoxdur. Səs sürətini aşaraq, uçan hərbi aviasiya uzun illərdir mövcuddur. Amma bu dəfə də Ermənistanın baş nazirinin ucuz piar sevdası nəinki mütəxəssisləri, hətta sadə insanları belə təəccübləndirdi. Əvvəla təqdim edilən videonun kobud qüsurlarla montaj olunduğu aydın görünür. Çəkilişlərin bir hissəsi real təlim uçuşlarını əks etdirsə də, digər qisminin uçuş simulyatorunda yerinə yetirildiyi açıq-aydın sezilir”.



Polkovnik-leytenant qeyd edib ki, Su-30 SM döyüş təyyarələrinin uçuş xüsusiyyətlərindən azacıq anlayışı olanlar bilirlər ki, təlim-döyüş tapşırıqlarını icra etmək üçün havaya qalxan bu tip aviasiya vasitəsi “böyük Ermənistanın bütün ərazisini örtür":

“O ki qaldı səsdən sürətli surət həddini aşmağa, bu manevri icra etmək üçün Ermənistan ərazisi yetərli deyil. Bu tapşırığı yerinə yetirmək istəyən “erməni as pilotlar” mütləq qonşu dövlətlər olan İran, Rusiya, Gürcüstan, Türkiyə və ya Azərbaycanın hava məkanını mütləq pozmalıdır. İndi qalır sadəcə bir suala cavab tapmaq: səsdən yüksək surətlə uçmağa nail olan erməni pilotu hara uçub?”

Azvision.az

Teqlər: Ekspert   İsa-İsmayılov