İki bacı dəm qazından boğularaq öldü

 İki bacı dəm qazından boğularaq öldü
  15 Aprel 2020    Oxunub:4185
Bakıda iki bacı dəm qazından boğularaq ölüb.
Azvision.az xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə Prospekti ev 34, mənzil 4-də baş verib.

Həmin ünvanda kirayə yaşayan Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərləniblər. Onların meyitləri yaşadıqları evdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Boğulma   Dəm-qazı  





Xəbər lenti