Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək

   Heydər Əliyev Mərkəzindən Gürcüstana dəstək
  15 Aprel 2020    Oxunub:3994
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.
Bu barədə Azvision.az -a Mərkəzdən məlumat verilib.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi «COVID-19» un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya və Amerka Birləşmiş Ştatlarının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Azvision.az


Teqlər: HeydərƏliyevMərkəzi   Gürcüstan  





Xəbər lenti