DİN bayraqla bağlı məsələyə aydınlıq gətirdi

DİN bayraqla bağlı məsələyə aydınlıq gətirdi
  14 Aprel 2020    Oxunub:1902
Bakı şəhər sakini olan vətəndaş Rasim Ələsgərov sosial şəbəkədə video görüntü paylaşaraq deyir ki, özünə məxsus “Mitsubishi Pikap” markalı avtomobilinin damına, arxasına dövlət bayrağımızı çəkib. Lakin polis ondan tələb edir ki, bayraq oradan sökülməlidir. Burada sürücü özünü haqlı saysa da, polisin tələbini düzgün hesab etmir.
Azvision.az -ın məlumatına görə, məsələyə münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov qeyd edib ki, dövlət bayrağından harda gəldi, necə gəldi istifadə etmək olmaz.

"O, Azərbaycanin suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanin Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanunu ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər.

Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz. Ona görə də həmin sürücüdən fərqli olaraq dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşınin tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir", - deyə DİN rəsmisi açıqlamasında qeyd edib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti