Niderlandda koronavirusdan ölənlərin sayı 3 minə çatır

Niderlandda koronavirusdan ölənlərin sayı 3 minə çatır
  14 Aprel 2020    Oxunub:2029
Niderlandda son sutka ərzində 868 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Niderland Milli Səhiyyə İnstitutu məlumat yayıb. Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 27 min 419 nəfərə çatıb.

Bu günədək 2945 nəfər pandemiyanın qurbanı olub. Hazırda 8939 nəfər xəstəlikdən müalicə alır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Niderland  





Xəbər lenti