DİN müəssisə və təşkilat rəhbərlərinə müraciət etdi

   DİN müəssisə və təşkilat rəhbərlərinə müraciət etdi
  14 Aprel 2020    Oxunub:3033
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə riayət olunmasının vəziyyətinin təhlili və aparılmış araşdırmalar göstərir ki, hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında müəyyən olunmuş hüquqlardan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən xəbərə görə, bütün orqan, müəssisə və təşkilatların rəhbərlərindən tələb olunur ki, “icaze.e-gov.az” portalına yalnız əmək müqaviləsi və ya xidməti müqavilə əsasında çalışan şəxs haqqında məlumatları daxil etsinlər.

Əməkdaşlarına işdən çıxdıqdan sonra məhz yaşadıqları ünvana qayıtmalarının vacibliyini, verilmiş icazələrdən sui-istifadə hallarına görə inzibati qanunvericiliyə uyğun məsuliyyət daşımalarını izah etsinlər.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti