Narkotik satan keçmiş məhkumlar ələ keçdi

Narkotik satan keçmiş məhkumlar ələ keçdi
  14 Aprel 2020    Oxunub:3274
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olmuş məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Şölət Rəhimov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibindən 1 ədəd sellofan torbada çəkisi 46.603 qram olan tiryək, digər cibindən isə 230 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa keçirilmiş daha bir əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri daşımasında şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum edilmiş Alxan Ağarəhimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan da 380 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirlir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti