İrəvanda sürücülər etiraz aksiyası keçirdi: "Necə yaşayaq, ot yeyək?"

İrəvanda sürücülər etiraz aksiyası keçirdi:  "Necə yaşayaq, ot yeyək?"
  14 Aprel 2020    Oxunub:2507
Ermənistanın paytaxtı İrəvanda ictimai nəqliyyatda çalışan işçilər etiraz aksiyası keçiriblər.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, etirazçılar sosial vəziyyətlərinin pis olmasından şikayətləniblər.

Sürücülər bildiriblər ki, ölkədə fövqəladə vəziyyətin elan edilməsi və paytaxtda nəqliyyatın məhdudlaşdırılması səbəbindən bir neçə həftədir işsiz qalıblar.

Qeyd olunub ki, belə çətin vəziyyətdə dövlət onlara heç bir kömək etmir.

"Yardım paketində 11 bənd var. Amma onlardan heç biri bizə aid deyil. Onda sual yaranır ki, biz nə ilə yaşayacağıq? Otla, elə deyilmi?,- sürücülərdən biri deyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İrəvan   Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti