Taksi sürücüsünü bıçaqladı, cinayəti etiraf etdi

Taksi sürücüsünü bıçaqladı, cinayəti etiraf etdi
  14 Aprel 2020    Oxunub:2850
Bərdədə taksi sürücüsünə bıçaqla ağır xəsarət yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, bu ilin yanvarın 6-da gecə saat 3 radələrində Bərdə rayon sakini Kamil Əhmədovun kəsilmiş-deşilmiş yaralarla Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar Bərdə Rayon Polis Şöbəsində dərhal əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalara başlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs K. Əhmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturub, Lənbəran kəndinə gedib və orada zərərçəkmişin bədən nahiyələrinə qəsdən 3 bıçaq zərbəsi endirərək ağır bədən xəsarətləri yetirib, avtomaşını isə kənd ərazisindəki kanala atıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon Lənbəran kəndində yaşayan Rəşad Mirzəyev saxlanılıb. Cinayət əməli olan bir ədəd bıçaq maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Dindirilmə zamanı R. Mirzəyev hadisəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törətdiyini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

Azvision.az


Teqlər: DİN   Bərdə  





Xəbər lenti