Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı

Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaret aşkarlandı
  14 Aprel 2020    Oxunub:2054
Gömrükçülər ölkəmizə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsindən (DGK) Azvision.az -a bildirilib ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə bir qrup şəxsin qanunsuz yolla ölkə ərazisinə gətirdiyi tütün məmulatının satışının təşkil edilməsi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında, "Mercedes-Benz E 220 CDI" markalı avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonunda 2 ədəd, yük yerində isə 3 ədəd qutuda aksiz markasız siqaretlərin olduğu müəyyən edilib.

Daha sonra Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gətirilən avtomobilə təkrar baxış keçirilib. Baxış zamanı avtomobildəki qutularda, ümumilikdə 69800 ədəd xaricdə istehsal olunan, aksiz markasız müxtəlif adda siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük   Siqaret  





Xəbər lenti