Heydər Əliyev Mərkəzindən ABŞ-a həmrəylik mesajı - VİDEO
Aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.
Azvision.az
Teqlər: ABŞ HeydərƏliyevMərkəzi