Putin: "Vəziyyət yaxşılığa doğru dəyişmir"

      Putin:    "Vəziyyət yaxşılığa doğru dəyişmir"
  14 Aprel 2020    Oxunub:3416
Rusiyada koronavirusla bağlı vəziyyət yaxşılığa doğru dəyişmir.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Rusiyada hər gün xəstəliyi daha da ağır keçirən pasiyentlərin sayı artır. Bu baxımdan Putin növbəti həftələrin həlledici olacağını vurğulayıb.

Rusiya Prezidenti hər bir vəziyyətə hazır olmaq üçün hökumətə qarşıdakı günlərdə dəqiq proqnozlar hazırlamaq və hazırda xaricdə işləyən Rusiya hərbçilərinin təcrübəsindən istifadə etmək barədə tapşırıqlar verib.

Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti