Moskvada 18 din xadimi koronavirusa yoluxub

Moskvada 18 din xadimi koronavirusa yoluxub
  13 Aprel 2020    Oxunub:2906
Moskva yeparxiyasının 18 ruhanisində koronavirus aşkar edilib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 13 aprel tarixinə olan statistikaya əsasən, 18 keşiş və rahibdə COVID-19 virusuna yoluxma qeydə alınıb.

Digər 21 keşiş və rahibdə koronavirus infeksiyasının əlamətləri müşahidə edilib, lakin onlarda diaqnoz təsdiqlənməyib.

Xatırladaq ki, Rusiyada ümumilikdə 15 min 770 nəfər koronavirusa yoluxub, 130 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti