XİN başçıları koronavirusu və Qarabağı müzakirə etdilər

   XİN başçıları koronavirusu və Qarabağı müzakirə etdilər
  13 Aprel 2020    Oxunub:2786
Bu ilin aprelin 13-də Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-in Mətbuat Xidməti İdarəsindən Azvision.az -a verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər üzrə ətraflı müzakirələr aparıb.

Nazirlər hər iki ölkənin COVID-19 pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi həyata keçiriblər.

Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanılması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda digər ölkələrə münasibətdə beynəlxalq yük daşımalarına təsir göstərməyəcək.

Xarici İşlər nazirləri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi həyata keçiriblər.

Nazirlər, COVID-19 pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov   Lavrov   Qarabağ   Koronavirus  





Xəbər lenti