Karantini pozan ata və oğlu həbs edildi

   Karantini pozan ata və oğlu həbs edildi
  13 Aprel 2020    Oxunub:2582
Astara Rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara şəhər sakini Yaşar Mustafayev idarə etdiyi “VAZ-2115” markalı avtomobillə saxlanılıb və spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyənləşib.

Avtomobildə sərnişin qismində olan oğlu Elçin Mustafazadənin də müvafiq qaydada heç bir icazə almadan şəhərə çıxdığı və karantin qaydalarını pozduğu müəyyən edilib.

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və inzibati qaydada həbs olunublar.

Azvision.az



Teqlər: Astara   DİN  





Xəbər lenti