Ekvadorda evlərdən 700-dən çox meyit tapılıb

Ekvadorda evlərdən 700-dən çox meyit tapılıb
  13 Aprel 2020    Oxunub:2098
Ekvadorda koronavirus faciəsi yaşanır. Ölkədə xəstəliyin ən çox yayıldığı Guayaquil bölgəsində evlərdən 700-dən çox cəsəd tapılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, cəsədi tapılan şəxslərdən neçəsinin koronavirusdan öldüyü məlum deyil.

Qeyd edək ki, Cənubi Amerikanın Uhanı sayılan Guayaquildə səhiyyə sistemi bərbad vəziyyətdədir. Koronavirusdan qorunmaq üçün ciddi tədbirlərin görülməməsi yoluxma sayının kəskin artmasına gətirib çıxarıb. Xəstəxanalardakı meyitlər zibil torbalarına və kağız paketlərə qoyularaq ailələrinə təhvil verilir.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti