Bu il boşanmaq istəyən 63 cütlük barışdırılıb

 Bu il boşanmaq istəyən 63 cütlük barışdırılıb
  13 Aprel 2020    Oxunub:2104
2020-ci ilin birinci rübündə Azərbaycanda boşanmaq istəyən 63 cütlük barışdırılıb.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında müraciət edənlərdən yanvar ayında 324, fevralda 278 şəxs psixoloqla söhbətə cəlb olunub.

Nəticədə onlardan yanvar ayında 50-i (25 cütlük), fevralda isə 76-ı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti