Son 3 ayda uşaqlara ən çox qoyulan adlar

 Son 3 ayda uşaqlara ən çox qoyulan adlar
  13 Aprel 2020    Oxunub:2327
2020-ci ilin birinci rübündə Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Ədliyyə Nazirliyindən Azvision.az -a bildirilib ki, cari ilin yanvar ayında qeydiyyat orqanlarında 11 687, fevralda 11 373, martda isə 6 321 doğum dövlət qeydiyyatına alınıb.
Bu il yeni doğulmuş körpələrdən oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin, Fatimə, Mələk, Dəniz, Ayan və Mədinə adlarının verilməsi üstünlük təşkil edir.

Məlumata görə, hazırda ilk beşlikdə oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Ömər və Uğur, qız uşaqlarına isə Zəhra, Nuray, Zeynəb, Məryəm, Aylin və Fatimə adlarının verilməsi yer alır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ad   Körpə  





Xəbər lenti