Nikah və boşanmaların 3 aylıq statistikası

 Nikah və boşanmaların 3 aylıq statistikası
  13 Aprel 2020    Oxunub:2444
Azərbaycanda cari ilin birinci rübündə 12 min 311 nikah dövlət qeydiyyatına alınıb.

Ədliyyə Nazirliyindən Azvision.az -a bildirilib ki, nikahların sayı yanvar ayında 4353, fevralda 4027, martda isə 3931 olub.
Bundan başqa, 3 ay ərzində 3940 nikah pozuntusu baş verib. Belə ki, yanvar ayında qeydiyyat şöbələrində 1467, fevralda 1493, martda isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nikah   Boşanma  





Xəbər lenti