10 kq narkotikin sərhəddən keçirilməsinin qarşısı alındı

10 kq narkotikin sərhəddən keçirilməsinin qarşısı alındı
  13 Aprel 2020    Oxunub:2366
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən Azvision.az-a bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları son bir həftə ərzində 2 halda 10 kiloqram 490 qram narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar.

Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kiloqram heroin və 1 kiloqram 950 qram metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kiloqram 730 qram heroin və 1 kiloqram 770 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az



Teqlər: DSX  





Xəbər lenti