Polisin qanuni tələbinə tabe olmayan jurnalist həbs edildi

Polisin qanuni tələbinə tabe olmayan jurnalist həbs edildi
  13 Aprel 2020    Oxunub:3356
Ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, qanuni tələblərə tabe olmadığına görə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsində onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib olunub və 25 gün müddətində inzibati həbs edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti