DİN Kürdəmirdəki qəza ilə bağlı məlumat yaydı

DİN Kürdəmirdəki qəza ilə bağlı məlumat yaydı
  13 Aprel 2020    Oxunub:2953
Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 11-də saat 18 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində Topalhəsənli kənd sakini R.İsmayılovun idarə etdiyi “BMW” və Qaraqocalı kənd sakini Rafət Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə R.Kərimov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib. Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti