"ASAN xidmət"dən növbəti pozitiv mesaj - FOTOLAR

   "ASAN xidmət"dən növbəti pozitiv mesaj -    FOTOLAR
  13 Aprel 2020    Oxunub:2680
"ASAN xidmət" sosial şəbəkələrdəki hesablarında yenidən #OGünGələcək başlıqlı paylaşım edib.

Azvision.az xəbər verir ki, bu dəfəki paylaşımda şəkillər vasitəsi ilə "ASAN xidmət" mərkəzlərində xüsusi karantin rejimindən öncə qeydə alınmış bır sıra xoş ab-havalı anlar əks etdirilib.
Bununla vətəndaşlara ayrılığın müvəqqəti olduğu, gözəl günlərin və mərkəzlərdə həmin anların yenidən yaşanılacağı diqqətə çatdırılıb.

Xatırladaq ki, "ASAN xidmət" bir müddət öncə #OGünGələcək mesajlı sosial videoçarx da nümayiş etdirib. Videoçarxda vətəndaşlarımıza pozitiv mesaj ötürülərək Bakı şəhərinin küçələrində tezliklə günəşin daha gözəl doğacağı, sevinc səslərinin eşidiləcəyi və birlikdə gözəl anların yaşanılacağı günün gələcəyinə ümid ifadə olunub.

#Bizbirlikdəgüclüyük haştaqı ilə hər iki paylaşım sosial şəbəkələrdə maraqla qarşılanıb.









Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti