Əfqanıstanda daha 361 talibançı azad edildi

Əfqanıstanda daha 361 talibançı azad edildi
  13 Aprel 2020    Oxunub:2189
Əfqanıstan hakimiyyəti "Taliban" radikal qruplaşmasının 361 üzvünü həbsdən azad edib.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Şurasının nümayəndəsi Cavid Feysal deyib. O bildirib ki, ölkə Prezidentinin 11 mart sərəncamı ilə Baqram həbsxanasından 361 "Taliban" üzvü azadlığa çıxıb.

C. Feysal radikal qruplaşmanın 1500 üzvü azadlığa çıxana qədər sərəncamın icrasının davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Taliban"ın 300 üzvü sərbəst buraxılıb. "Taliban" isə əsir götürdüyü 20 nəfəri azad edib və onları Kandaharda Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti