Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi

Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi
  13 Aprel 2020    Oxunub:2766
Kürdəmirdə polis əməkdaşları karantin rejimini pozan 2 nəfər Yevlax rayon sakinini saxlayıblar.
Azvision.az xəbər verir ki, saxlanılanlardan biri-1968-ci il təvəllüdlü Allahverdi Hacıyev “8103” qaynar xəttinə zəng edərək yaxınlarının yas yerinə getməsi ilə əlaqədar icazə alıb. Digər saxlanılan şəxs 1978-ci il təvəllüdlü Tofiq Cabbarov özünü su idarəsinin işcisi kimi təqdim edib.

Araşdırma zamanı hər iki şəxsin Kürdəmir rayon ərazisinə bəhanə ilə girmək istədikləri məlum olub. Onlar saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirmə zamanı karantin rejimini bilərəkdən pozduqlarını etiraf ediblər.

Hər 2 şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə olunublar.



Azvision.az


Teqlər: DİN   Kürdəmir  





Xəbər lenti