Banqladeşin ilk prezidentinin qatili edam edildi

Banqladeşin ilk prezidentinin qatili edam edildi
  12 Aprel 2020    Oxunub:3437
Banqladeşin ilk prezidenti Şeyx Mujibur Rəhmanın qatillərindən biri olmuş keçmiş ordu zabiti Əbdül Məcid edam edilib.
Azvision.az -ın "The Week"-ə istinadən verdiyi məlumatına görə, edam Dakki mərkəzi həbsxanasında həyata keçirilib.

Qeyd edək ki, mərhum prezident Rəhman 15 avqust 1975-ci ildə Dəkkədəki iqamətgahında həyat yoldaşı, üç oğlu və digər yaxın qohumları ilə birlikdə öldürülüb. Onun yalnız xaricdə olan iki qızı sağ qalıb.

1996-cı ildə qətlə yetirilmiş ilk prezidentin qızı Şeyx Hasin Vazedin Banqladeşin Baş naziri olmasından və ailəsinin öldürülməsi ilə əlaqədar istintaqı davam etdirməsindən sonra ölkəni tərk etmək məcburiyyətində qallb.

1975-ci ildə Banqladeşdə baş vermiş hərbi çevriliş zamanı cinayətə görə edam cəzasına məhkum edilmiş 15 nəfərdən biri Məcid Liviya və Pakistanda gizlənib, sonra Hindistana köçüb. Martda koronavirus pandemiyası başlayandan sonra Banqladeşə qayıdıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Banqladeş   Edam  





Xəbər lenti