Koronavirusu müalicə edən baş həkim: “Hamı qorxu içində idi”

 Koronavirusu müalicə edən baş həkim:  “Hamı qorxu içində idi”
  12 Aprel 2020    Oxunub:3450
Çində yeni növ koronavirusun (COVİD-19) meydana çıxmasından dərhal sonra inşa edilən mobil xəstəxana fəaliyyətini dayandırıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 10 gün ərzində virusa yoluxmuş xəstələrin müalicəsinə hazır olan xəstəxananın baş həkimi jurnalistlərə açıqlamasında ilk günlərdə hansı çətinliklərlə üzləşdiklərindən, eləcə də nələrin baş verdiyindən danışıb.
Onun sözlərinə görə, virusa yoluxanlar xəstəxanaya gətiriləndə qorxu içində idilər: "Xəstələr bura gələndə çox qorxurdular. Amma daha sonra buranın digər xəstəxanalara oxşamadığını gördülər. Proses hər birimiz üçün çətin və fərqli təcrübə oldu".

Baş həkim əlavə edib ki, xəstəxana xarici aləmdən tamamilə təcrid olunmuşdu: "Tibbi ləvazimatlar qəbul edilərkən belə buna əməl edirdik. Çünki heç vaxt qapıları tam olaraq açmırdıq. Beləliklə, xaricdən içəriyə virus daxil olması ehtimalı aradan qalxırdı".

O, həmçinin qeyd edib ki, COVİD-19-un Avropa və ABŞ-da yayılan tiplərinin simptomları fərqlidir: "Qərbdə xəstələrin bir çoxu dad və qoxu hiss etmədiklərini deyir. Biz Uhanda belə bir halla rastlaşmadıq. Düşünürəm ki, virusun ikinci dalğası üçün onların təcrübələrindən dərs çıxarmalıyıq".

Xatırladaq ki, koronavirusun ilk dəfə yayıldığı Çində COVİD-19 artıq böyük miqyasda nəzarət altına alınıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Çin   Koronavirus   COVİD-19  





Xəbər lenti