Çavuşoğludan Azərbaycanla bağlı paylaşım - FOTO

Çavuşoğludan Azərbaycanla bağlı paylaşım -  FOTO
  12 Aprel 2020    Oxunub:6903
Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib.
Azvision.az -ın məlumatına görə, Çavuşoğlu bildirib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə bayrağı Azərbaycan bayrağı ilə birlikdə dalğalanır: "Tək millət, tək ürək Azərbaycan Türkiyə! #BirliktəYeneceğiz".



Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.



Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti