Naxçıvanın XVIII əsrə aid ictimai-siyasi vəziyyəti tədqiq olunacaq
Qeyd edək ki, ötən illərdə şöbədə orta əsrlər dövründə Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələri araşdırılıb. Şöbənin əməkdaşları tərəfindən Naxçıvanın epiqrafik abidələrinə və Azərbaycan tarixinin müxtəlif problemlərinə aid 600-dən artıq elmi və elmi kütləvi əsər, o cümlədən 40-dan artıq kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramı, 380-dan artıq elmi məqalə və tezis nəşr edilib.
Azvision.az