Nazirlik 1600 tənha yaşlıya ərzaq yardımı edib
Bu xeyirxah aksiya Ədliyyə Nazirliyi tərəfindən davam etdirilib. Belə ki, Nazirlik və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq şəraitində 1600 tənha yaşlıya ərzaq yardımı edib.
Hazırda yaşı 65-dən yuxarı tənha yaşlı insanlar, eləcə də tənha yaşayan və özünəqulluq qabiliyyəti olmayan əlilliyi olan şəxslər sosial xidmət işçiləri tərəfindən evlərində gündəlik sosial məişət xidmətləri ilə təmin olunurlar.
Ədliyyə Nazirliyinin əməkdaşları sosial xidmət işçiləri ilə birgə ərzaq yardımlarını tənha yaşlılara evlərində çatdırıblar.
Qeyd edək ki, son günlərdə müxtəlif dövlət və özəl müəssisələr tərəfindən 13 min tənha yaşlıya ərzaq payı verilib. Hazırda həssas qruplardan olan şəxslərə ərzaq paylanılması prosesi Ədliyyə Nazirliyi və digər qurumlar tərəfindən davam etdirilir. Bu tədbirlər cəmiyyətimizdə yaşlı nəsilə qayğı ilə yanaşılması kimi yüksək mənəvi dəyərlərin, eyni zamanda, milli həmrəyliyin əyani təzahürüdür.
Azvision.az
Teqlər: Ədliyyə-Nazirliyi Yardım Aksiya