Koronavirusa yoluxduğunu bilən kişi intihara cəhd etdi

Koronavirusa yoluxduğunu bilən kişi intihara cəhd etdi
  11 Aprel 2020    Oxunub:2987
Türkiyənin Adana şəhərində koronavirus testi pozitiv çıxan şəxs intihara cəhd edib.
Azvision.az xəbər verir ki, Hamit S. adlı kişi öskürək və yüksək temperaturla Adana Şəhər Xəstəxanasına gətirilib. Analiz nəticəsində onun koronavirusa yoluxduğu aşkarlanıb.

Bundan xəbər tutan kişi xəstəxanada sındırdığı pəncərə şüşəsini boğazına tutaraq qaçmağa cəhd edib. Əraziyə polis əməkdaşları cəlb olunub. Onunla psixoloji söhbət edildikdən sonra özü polisə təslim olub və müalicə olunmasına razılıq verib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: virus   Türkiyə  





Xəbər lenti