Gömrükçülər aztəminatlı ailələrə yardım edib

Gömrükçülər aztəminatlı ailələrə yardım edib
  11 Aprel 2020    Oxunub:3005
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, koronavirus (Covid-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyəta keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında Dövlət Gömrük Komitəsi də bütün səylərini səfərbər edib.

Eyni zamanda, Komitənin strukturuna daxil olan qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilir.

Növbəti aksiya Bakı Baş Gömrük İdarəsi tərəfindən təşkil olunub.

Baş İdarənin əməkdaşları 100-dən çox ailəyə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.



Azvision.az


Teqlər: Gömrük   Yardım  





Xəbər lenti