Evdən çıxa bilməyən aktyor makarondan rəsm hazırlayır

Evdən çıxa bilməyən aktyor makarondan rəsm hazırlayır
  11 Aprel 2020    Oxunub:2636
Türkiyənin məşhur aktyoru Emin Olcay karantin günlərini makarondan rəsm hazırlamaqla keçirir.
Azvision.az xəbər verir ki, "Kurtlar vadisi" serialında Ömər baba obrazını canlandıran 74 yaşlı aktyor koronavirusla mübarizə məqsədilə tətbiq edilən qaydalara əməl edərək bütün gününü evdə keçirir.

O, həyat yoldaşı ilə birgə mərcimək və makaronlardan maraqlı rəsmlər hazırlamaqla vaxtını faydalı işlərə sərf edir. Aktyor gördüyü işdən zövq aldığını, evdə darıxmadığını deyib.



Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   aktyor  





Xəbər lenti