Cənubi Koreyada yeni yoluxma halları azalıb

Cənubi Koreyada yeni yoluxma halları azalıb
  11 Aprel 2020    Oxunub:2238
Cənubi Koreyada son 24 saat ərzində 30 nəfər koronavirusa yoluxub, 126 xəstə sağalaraq evə buraxılıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 10 min 480 nəfərə çatıb. İndiyədək 211 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası elan edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: CənubiKoreya   virus  





Xəbər lenti