16 şəhər və rayonda işsizlərin qeydiyyatına başlanılır

 16 şəhər və rayonda işsizlərin qeydiyyatına başlanılır
  11 Aprel 2020    Oxunub:3402
Bu gün Bakı ərazisində Səbail, Xəzər, Pirallahı rayonları, bölgələrdə isə Ağdam, Füzuli, Mingəçevir, Bərdə, İmişli, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Tərtər, Qobustan, Naftalan şəhər və rayonlarında elektron müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatlarına start veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a bildirilib ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər.

Qeyd edək ki, artıq 2 gündür 20 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Azvision.az


Teqlər: ƏƏSMN   Qeydiyyat  





Xəbər lenti