Lənkəranda karantini pozan 233 nəfər cərimələndi - FOTO

  10 Aprel 2020    Oxunub : 1750
Lənkəranda karantini pozan 233 nəfər cərimələndi - FOTO
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxmasıyla bağlı qadağalar nəzərə alınaraq, onlarla profikatiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur.



Profilaktiki söhbətlər və xəbərdarlıqlarla yanaşı reyd xarakterli tədbirlər də təşkil olunur. Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində inzibati qaydada tədbir görülür.



Ümumilikdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində bu günədək 233 şəxs karantin qaydalarını pozduğu üçün barəsində inzibati qaydada protokol tərtib edilməklə cərimələnib. 1 nəfər isə inzibati qaydada həbs edilib.



Barəsində inzibati qaydada tədbir görülmüş şəxslərdən 62-si sürücü, 171-i isə fəaliyyətinə məhdudiyyət qoyulmuş obyekt sahibləri və piyadalardır. Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Azvision.az

Teqlər: