Pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirildi

Pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirildi
  10 Aprel 2020    Oxunub:2386
10 aprel 2020-ci il tarixdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.
Azvision.az xəbər verir ki, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib və həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.

Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Sonda, bu görüşlərin mütəmadi keçiriləcəyi barədə qərar qəbul edilib.



Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti