Kişi oxlovla həyat yoldaşının gözünü çıxardı - FOTO

Kişi oxlovla həyat yoldaşının gözünü çıxardı -  FOTO
  10 Aprel 2020    Oxunub:4876
Türkiyənin Samsun şəhərində Mehmet Kesler adlı kişi oxlovla həyat yoldaşı Elif Keslerin gözünü çıxarıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün mübahisəsinə səbəb Mehmet Keslerin kəndə gedərək ata-anasına baş çəkmək istəməsi olub.

Belə ki, həyat yoldaşının buna etiraz etməsi onlar arasında davaya çevrilib. Əsəbiləşən kişi əlindəki oxlovu xanımına atıb. Nəticədə o, özü də bilmədən Elif Keslerin bir gözünün zədələnməsinə səbəb olub.

Məhkəmə qarşısına çıxarılan Kesler həyat yoldaşına qəsdən zərər vermək istəmədiyini, hər şeyin anidən baş verdiyini deyib. Sol gözü əməliyytla götürülən qadın isə boşanmaq üçün məhkəməyə müraciət edib.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Ail   Dava  





Xəbər lenti