"Dünya və gənclər yeni şəraitdə” onlayn forumu keçiriləcək

"Dünya və gənclər yeni şəraitdə” onlayn forumu keçiriləcək
  10 Aprel 2020    Oxunub:2125
Bu həftə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin 2 onlayn iclası keçirilib. İclaslarda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2020-ci il üçün icrası müzakirə olunub.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iclas zamanı karantin dövründə nazirliyin və onun yerli qurumlarının respublika səviyyəsində fəaliyyətinin onlyan formatda təşkili, intellektual inkişaf, asudə vaxtın səmərəli qurulması vasitəsilə gənclərə yeni bilik və bacarıqların verilməsi, gənclər üçün rəqəmsal məhsulların, eyni zamanda, müvafiq sahələr üzrə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və digər məsələlər diqqət mərkəzində olub.

11 aprel 2020-ci il tarixdə isə “Dünya və gənclər yeni şəraitdə” onlayn Forumunun keçirilməsi qərara alınıb. Forumda müxtəlif gənclər qrupları ilə yanaşı, millət vəkillərinin və əlaqədar dövlət orqanlarının əməkdaşlarının da iştirakı planlaşdırılır.

Azvision.az



Teqlər: Gənclər   İclas  





Xəbər lenti