Ərdoğan İlham Əliyevə təşəkkür etdi - VİDEO

Ərdoğan İlham Əliyevə təşəkkür etdi -  VİDEO
  10 Aprel 2020    Oxunub:3225
Türkiyə, Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu Orta Asiyaya qədər uzadıla bilər.

Azvision.az xəbər verir ki, bunu Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, mövcud dəmir yolu xətti ilə gündəlik yük daşımasını 3 min 500 ton artırmaq üçün çalışılır.

Ərdoğan bu nəqliyyat koridoru ilə yüklərin daşınması prosesinin sadələşdirilməsi, müəyyən güzəştlər edilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. O, həmçinin Türk Şurası ticarət və nəqliyyat nazirlərinin də videokonfransla görüşünün keçirilməsini təklif edib.



Bundan əlavə, Ərdoğan Türk Şurasının fövqəladə Zirvə görüşünun keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türk-Şurası   Ərdoğan  





Xəbər lenti