Eşitmə və nitq qabiliyyəti olmayanlar üçün video portal
Maraqlı TV veriliş və proqramlar, 70-dən çox milli və xarici film, 7 cizgi filmi, eləcə də bir çox məlumatlandırıcı və əyləncəli video materiallar, həmçinin koronavirusdan qorunma üsulları barədə məlumatlar surdo-tərcümə olunaraq video portalına yerləşdirilib. Bu da eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin internet üzərindən video məlumat almasına, dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradır.
Məlumatlandırıcı və əyləncəli video materialların müvafiq formatda hazırlanaraq saytda yenilənməsi də təmin edilir və bununla bağlı, həmçinin hansı filmi, serialı və ya verilişi görmək istəklərini izləyicilər sayta yaza bilərlər.
Azvision.az