“Biz birlikdə koronavirusa qalib gələcəyik” - Prezidentin köməkçisi (VİDEO)
Kampaniyada iştirak edən Hikmət Hacıyev ÜST tərəfindən qlobal pandemiyanın elan olunduğunu və bu mübarizədə hər kəsin evdə qalmasını, gigiyena qaydalarına riayət etməsini, o cümlədən sosial izolyasiyada olmasını və məsafə saxlamasını vacib şərtlərdən biri kimi vurğulayıb. Həmçinin, koronavirus üçün xarakterik simptomlar olan quru öskürək, yüksək hərarət və s. kimi halların müşahidə olunması zamanı vətəndaşlarımızı təcili tibbi yardıma müraciət etməyə səsləyib.
H.Hacıyev öz çağırışında bildirib ki, ÜST tərəfindən vacib tövsiyələrdən biri olan gigiyena qaydalarına və bu xüsusda da əllərin düzgün qaydada yuyulmasına riayət edilməsi mühüm məqamlardan biridir. O, kampaniyanı bu ifadələrlə başa çatdırıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” və biz birlikdə koronavirusa qalib gələcəyik”.
Azvision.az
Teqlər: Təmiz-əllər Prezidentin-Köməkçisi Hikmət-Hacıyev