Ən çox yoluxma ABŞ-da, ən çox ölüm isə İtaliyadadır - COVID-19 rəqəmlərdə

 Ən çox yoluxma ABŞ-da, ən çox ölüm isə İtaliyadadır -  COVID-19 rəqəmlərdə
  10 Aprel 2020    Oxunub:2896
Bu günədək dünyada 1 milyon 605 min 712 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 95 min 766 xəstə ölüb, 356 min 986 nəfər sağalıb.
Azvision.az Worldometers.info-ya istinadən xəbər verir ki, yerdə qalan 1 milyon 152 min 960 nəfərdən 1 milyon 103 min 815-nin vəziyyəti qənaətbəxş hesab olunur. 49 min 145 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Son məlumatlara görə, koronavirusa dünyanın 210 ölkəsində rast gəlinib.

Virusa ən çox yoxulma faktı ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 468 min 895 nəfərdə virus aşkarlanıb. Xəstələrdən 16 min 697 nəfəri ölüb. Son 12 saat ərzində 329 yeni yoluxma, 8 ölüm qeydə alınıb.

İkinci yerdə gələn İspaniyada 153 min 222 yoluxma baş verib. Xəstələrdən 15 min 447 nəfəri vəfat edib.

Üçüncü yerdə İtaliyadır. Bu ölkədə 143 min 626 nəfər virusa yoluxub. Onlardan 18 min 279 nəfəri dünyasını dəyişib. Yeni yoluxma və ölümə rast gəlinməyib.

Dördüncü yerdə Almaniya gəlir. Bu ölkədə 118 min 235 nəfər virusa yoluxub, onlardan 2 min 607 nəfəri ölüb.

Siyahıda beşinci sırada olan Fransada 117 min 749 nəfər koronavirusa yoluxub, 12 min 210 nəfər ölüb.

Altıncı sırada qərarlaşan Çində 81 min 907 nəfər koronavirusa yoluxmuş şəxs qeydə alınıb. Bu ölkədə virusdan ölənlərin sayı 3 min 336 nəfərə çatıb. Son 12 saat ərzində yoluxanların sayı 42 nəfər olub. Hesabat saatında 1 nəfər dünyasını dəyişib.

Yeddinci sırada gələn İranda isə 66 min 220 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 4 min 110 nəfər ölüb.

Səkkizinci sırada yer alan İngiltərədə 65 min 77 nəfər virusa yoluxub, 7 min 978 nəfər dünyasını dəyişib.

Türkiyə 42 min 282 nəfər koronavirusa yoluxma ilə 9-cu pillədədir. Bu ölkədə 908 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda 10-cu yerdə qərarlaşan Belçikada 24 min 983 nəfər koronavirusa yoluxub. 2 min 523 daşıyıcı dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti